“Balon” ssenarisi geri qayıdır: Çempionat Avropada bitə bilər

İdman

21.03.2026 10:49

İsrail basketbol çempionatının 2025/2026-cı illər mövsümünün son hissəsi Yaxın Şərqdəki hərbi gərginlik səbəbindən dəyişdirilə bilər.

TodayPress TV “Eurohoops” nəşrinə istinadən xəbər verir ki, liqa rəhbərliyi mövsümü davam etdirməyi planlaşdırır, lakin bunu “balon” formatında - yəni bütün oyunların bir məkanda keçirilməsi variantı ilə həyata keçirmək istəyir. 

Bu model daha əvvəl ABŞ Milli Basketbol Assosiasiyası (NBA0 tərəfindən 2020-ci ildə pandemiya dövründə tətbiq olunub.

Liqa rəhbərliyi mövsümü Avropada yerləşən arenalardan birində başa çatdırmağa hazırdır. “Balon” formatı komandaların eyni məkanda, azarkeşsiz oyunlar keçirməsini nəzərdə tutur.

Qeyd edək ki, İsrail basketbol çempionatı fevralın 28-dən etibarən dayandırılıb. Turnir cədvəlinə “Hapoel Tel-Aviv” klubu başçılıq edir.

Namiq HUN

TodayPress TV

tag: İsrail,Basketbol,Yaxın Şərq,Liqa,Todaypress.tv,