Azərbaycanlı şahmatçının komandası ilk üçlükdə yer aldı
İngiltərənin London şəhərində rapid üzrə dünya çempionatı start götürüb.
TodayPress TV xəbər verir ki, azərbaycanlı şahmatçı, beynəlxalq qrossmeyster Rauf Məmmədovun komandası Londonda üçüncü yerdə qərarlaşıb.
Dörd turdan sonra “Freedom”un 7 xalı var.
Rauf startda iki oyun keçirərək qələbə qazanıb.
Qeyd edək ki, beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarovun çıxış etdiyi “Generation XYZA” komandası 5 xal toplayıb və hazırda 18-ci yerdədir.
Namiq HUN