Azərbaycanlı pəhləvanlar Samokovda tarix yazır

Azərbaycanlı pəhləvanlar Samokovda tarix yazır
20.05.2026 17:00 İdman

U15 Avropa çempionatı çərçivəsində Bolqarıstanda keçirilən yarışda Azərbaycanın yunan-Roma güləşçiləri uğurlu start götürüblər.

TodayPress TV xəbər verir ki, Samokov şəhərində təşkil olunan turnirdə millimizin dörd üzvü yarımfinal mərhələsinə yüksəlib.

Hüseyn Əmrahlı (38 kq)  bolqarıstanlı İvan Aleksandrova tam üstünlüklə  qalib gələrək yarımfinala yüksəlib.

44 kq çəki dərəcəsində güləşən Paşa Aslan da serbiyalı Adam Horvatı tam üstünlüklə məğlub edərək yarımfinala adını yazdırıb.

Pünhan Şahmarov (48 kq) türkiyəli Mehmet Dedeoğluna qalib gələrək növbəti mərhələyə adlayıb.

Sadiq Vəlizadə (57 kq) isə türkiyəli Yusuf Sariyarı üstələyərək yarımfinala vəsiqə əldə edib.

Digər güləşçilərimizdən Xudayar Kərimov (41 kq) 1/4 finalda bolqarıstanlı Oqnyan Burqazovla qarşılaşmada zədələndiyi üçün mübarizəni davam etdirə bilməyib. Raul Məmmədzadə (62 kq) isə 1/4 finalda gürcüstanlı Qabriyel Tavberidzeyə uduzub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər