Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər

Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər
31.05.2026 03:00 İdman

Mayın 27-dən 31-dək Bolqarıstanın Varna şəhərində bədii gimnastika üzrə 42-ci Avropa çempionatı keçirilir.

TodayPress TV xəbər verir ki, mayın 30-u çıxış edən yeni formalaşmış qrup hərəkətləri üzrə Azərbaycan komandası böyüklər kateqoriyasında debüt etdiyi Avropa çempionatında finala vəsiqə qazana bilməsə də, 26 komanda arasında çoxnövçülük üzrə 46.650 xal toplayaraq 11-ci yeri tutub.

Komandamız 5 top ilə proqramda 24.100 xalla 11-ci, 3 halqa və 2 cüt gürz ilə proqramda isə 22.550 xalla 15-ci yerdə qərarlaşıb.

Böyüklər yaş kateqoriyasında fərdi və qrup hərəkətləri üzrə nəticələrin cəminə əsasən komanda hesabında Azərbaycan yığması 239.350 xalla 15-ci yeri tutub. Komanda hesabındakı nəticəyə töhfə verən fərdi gimnastlarımız Fidan Qurbanlı, Gövhər İbrahimova və Kamilla Seyidzadə olub.

Fərdi çoxnövçülük yarışlarında isə Fidan Qurbanlı 74.850 xal toplayaraq 32-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, yarışda ölkəmizi fərdi proqramda gənclər arasında Azadə Atakişiyeva və Nuray Muradlı, böyüklər arasında isə Fidan Qurbanlı, Gövhər İbrahimova, Kamilla Seyidzadə, həmçinin qrup hərəkətləri komandamız təmsil edib.

Gənclər arasında Azadə Atakişiyeva halqa ilə proqramda 22.450 xalla 19-cu yerə layiq görülüb.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər