Azərbaycanın 3 cüdoçusu Avropa çempionatında fəxri kürsüyə qalxdı

Azərbaycanın 3 cüdoçusu Avropa çempionatında fəxri kürsüyə qalxdı
04.09.2025 20:00 İdman

Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatının ilk günündə Azərbaycan millisinin 3 üzvü fəxri kürsüyə qalxıb. 

TodayPress TV xəbər verir ki, bu barədə federasiyadan məlumat yayılıb.

Nihad Məmişov (-60 kq) və Məhəmməd Musayev (-66 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu tituluna yiyələniblər.

Nizami İmranov (-66 kq) isə qitə birinciliyini bürünc medalla tamamlayıb.

Aktivində 2 qızıl və 1 bürünc medal olan yığmamız ümumi komanda hesabında ikinci, kişilər arasında birinci pillədə qərarlaşıb.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər