Azərbaycan - Ukrayna oyunu yunanıstanlı hakimlərə tapşırıldı

Azərbaycan - Ukrayna oyunu yunanıstanlı hakimlərə tapşırıldı
07.09.2025 14:10 İdman

Azərbaycan millisinin Ukrayna yığması ilə Bakıda keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.

TodayPress TV xəbər verir ki, qarşılaşma Yunanıstandan olan ədalət təmsilçilərinə tapşırılıb.

FIFA referisi Vassilis Fotiasa Andreas Meintanas və Mixail Papadakis köməklik göstərəcək. Dördüncü hakim funksiyasınl Anastasion Papapetru yerinə yetirəcək. 

VAR-da Angelos Evangelu, AVAR-da Yoannis Papadopulos əyləşəcək.

Qeyd edək ki, Azərbaycan – Ukrayna qarşılaşması sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər