Azərbaycan Premyer Liqası: "Araz-Naxçıvan" - "Zirə" oyununda beş qol vuruldu
Azərbaycan Premyer Liqasında XXXIII turun daha bir oyunu keçirilib.
TodayPress TV bildirir ki, günün ikinci matçında "Araz-Naxçıvan" "Zirə" ilə üz-üzə gəlib.
"SOCAR Polymer Arena"dakı qarşılaşma Naxçıvan klubunun qələbəsi ilə yekunlaşıb - 3:2.
Xallarının sayını 46-ya çatdıran "Araz-Naxçıvan" mövsümü altıncı pillədə başa vurub. "Zirə" isə 53 xalla beşinci olub.
Günün ilk görüşündə "Neftçi" "Kəpəz"i minimal hesabla üstələyib - 1:0.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında mövsümə mayın mayın 24-də, "İmişli" - "Karvan-Yevlax" oyunu ilə yekun vurulacaq. Daha əvvəl sonuncu turda "Qəbələ" "Şamaxı"nı (3:1), "Sabah" "Turan Tovuz"u (2:1), "Qarabağ" "Sumqayıt"ı (4:3) məğlub edib.