Azərbaycan minifutbolda dünyanın birincisi oldu!
İdman
28.04.2026 12:19
Minifutbol üzrə Azərbaycan yığma komandası dünya reytinqində birinci pilləyə yüksəlib.
TodayPress TV xəbər verir ki, Dünya Minifutbol Federasiyası (WMF) milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
Siyahının ilk pilləsində son dünya çempionatının qalibi olan Azərbaycan komandası qərarlaşıb. 4085 xal toplayan komandamız tarixində ilk dəfə olaraq bu uğura imza atıb.
Reytinq cədvəlinin ikinci pilləsində 3890 xalla son Avropa çempionu Serbiya millisi yer alır. İlk üçlüyü isə 3385 xalla Rumıniya komandası tamamlayır.
Namiq HUN
tag: Minifutbol,Azərbaycan,Reytinq,Çempionat,Todaypress.tv,
