Azərbaycan güləşçilərindən möhtəşəm nəticə: 3 idmançımız finalda

Azərbaycan güləşçilərindən möhtəşəm nəticə: 3 idmançımız finalda
15.05.2026 20:14 İdman

Bolqarıstanın Samokov şəhərində U-17 Avropa çempionatı davam edir.

TodayPress TV xəbər verir ki, təmsilçimiz Hüseyn Rzazadə (48 kq) yarımfinalda rusiyalı Asilder Asluyevlə qarşılaşıb.

Güləşçimiz rəqibinə tam üstünlüklə (10:0) qalib gələrək finala yüksəlib.

Rəşid Nazarov (65 kq) fransalı Saşa Oberə tam üstünlüklə (10:0) qalib gəlib və yarışın finalına yüksəlib.

Nihad Süleymanlı (80 kq) da rusiyalı Rəcəb Rəcəbova 2:0 hesabıyla qalib gələrək adını finala yazdırıb.

Abbas Şəfiyev (55 kq) yarımfinalda ermənistanlı Suren İşxanyana 4:15 hesabıyla məğlub olub və mayın 16-sı bürünc medal uğrunda güləşəcək.

Hakim Tağıyev (110 kq) də yarımfinalda gürcüstanlı Murtaz Baqdavadzeyə 0:3 hesabıyla məğlub olduğu üçün mayın 16 bürünc medal uğrunda güləşəcək.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər