Avropada nəfəs kəsən yarımfinal həyəcanı başlayır

Avropada nəfəs kəsən yarımfinal həyəcanı başlayır
28.04.2026 09:51 İdman

UEFA Çempionlar Liqasında nəhənglər səhnəyə çıxırlar. 

TodayPress TV xəbər verir ki, yarımfinalın ilk oyununda Fransanın PSJ klubu doğma meydanda Almaniya çempionu “Bavariya”nı qəbul edəcək.

Qarşılaşmanın baş hakimi isveçrəli Sandro Şerer olacaq.

“Park de Prens” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyunu aprelin 29-da baş tutacaq. İspaniyanın “Atletiko” klubu Madriddə İngiltərə təmsilçisi “Arsenal”la üz-üzə gələcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər