“Atletiko” forvardını itirə bilər

“Atletiko” forvardını itirə bilər
19.08.2025 16:00 İdman

Norveçli futbolçu Aleksander Sörlot “Atletiko”dan ayrılmaq istəyir.

TodayPress TV xəbər verir ki, hücumçu daha bir il “hindular”ın ehtiyat oyunçusu olmaq istəmir.

29 yaşlı futbolçu “Napoli”dən heyətə cəlb edilən Cakomo Raspadori və Antuan Qrizmannla rəqabətdə uduzur.

Sörlot “Atletiko”dan onu transferə çıxarmağı tələb edir. Madrid təmsilçisi Aleksanderin keçidindən ən azı 35 milyon avro qazanmaq istəyir.

Qeyd edək ki, Aleksander Sörlot 2024-cü ilin yayında komandaya keçib. O, “Atletiko”nun heyətində meydana çıxdığı 54 matçda 24 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Namiq HUN

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər