Asəf Çopurov “UAE Warriors64” turnirini qazandı

Asəf Çopurov “UAE Warriors64” turnirini qazandı
23.10.2025 09:27 İdman

Azərbaycanlı MMA döyüşçü Asəf Çopurov Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən “UAE Warriors64” turnirinin qalibi olub.

TodayPress TV xəbər verir ki, bu barədə “MMA Azərbaycan” sosial şəbəkə səhifəsində məlumat yayılıb.

“Döyüşçümüz Asəf Çopurov “UAE Warriors64” turnirində rəqibi Demarta Penanı məğlub edərək yeni çempion oldu! Qeyd edək ki, Asəf 9 döyüş keçirib və hamısında qalib gəlib. UFC ilə müqavilə gəlir?”, – MMA Azərbaycan yazıb.

Qeyd edək ki, Asəfin anqolalı rəqibi Demarte Penna 4 raunda çıxmaqdan imtina edib. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər