Arbeloanın “Real”dakı gələcəyi sual altındadır
İdman
28.04.2026 12:15
“Real Madrid”də baş məşqçi Alvaro Arbeloanın gələcəyi ilə bağlı şübhələr artmaqdadır.
TodayPress TV xəbər verir ki, “The Athletic” nəşrinin yaydığı məlumata görə, madridlilər yanvar ayında Xabi Alonsonun gedişindən sonra komandaya rəhbərlik etməyə başlayan mütəxəssisin işi ilə bağlı yekun qərarı mövsümün sonunda verəcək.
Mənbənin iddiasına əsasən, klub rəhbərliyi, o cümlədən prezident Florentino Peres əvvəlcədən Arbeloanın bu vəzifəyə tam hazır olduğuna əmin olmayıb.
Komandadakı nəticələrlə yanaşı, kollektiv daxilində gərginlik də vəziyyəti çətinləşdirir.
Bildirilir ki, Arbeloa ilə komandanın kapitanı Dani Karvaxal arasında fikir ayrılığı yaranıb. Futbolçu aldığı oyun vaxtından narazıdır.
Bundan başqa, yarımmüdafiəçi Dani Sebalyos “Betis”lə oyunun heyətinə daxil edilməyib və yayda komandadan ayrıla bilər.
Qeyd olunur ki, bəzi futbolçular məşqçinin heyət seçimində qərəzli və ədalətsiz davrandığını düşünür.
Namiq HUN
tag: Real Madrid,Alvaro Arbeloa,Xabi Alonso,Qərar,Todaypress.tv,
