"Amur" "Ak Bars"ın müdafiəçisini icarəyə götürdü
"Amur" klubu "Ak Bars"ın müdafiəçisi Nikita Yevseyevi icarəyə götürdüyünü rəsmi şəkildə açıqlayıb.
TodayPress TV xəbər verir ki, 21 yaşlı müdafiəçi 2024/25 mövsümündə 38 oyunda meydana çıxaraq 2 xal (1 qol, 1 məhsuldar ötürmə) toplayıb. Onun faydalılıq əmsalı isə "+2" olub.
Digər tərəfdən, "Ak Bars" klubu Yevseyevlə iki illik müqavilə imzaladığını da açıqlayıb. Gənc müdafiəçi 2025/26 mövsümünü "Amur"un heyətində keçirəcək.
Töhfə Səməd