AFFA-nın strateji planı: gənc futbolçular üçün böyük imkan

AFFA-nın strateji planı: gənc futbolçular üçün böyük imkan
03.04.2026 13:12 İdman

AFFA UEFA-dan ayrılan 6 milyondan çox vəsaiti xərcləyəcəyi istiqamətləri açıqlayıb.

TodayPress TV xəbər verir ki, qurumun hesabatına görə, UEFA-nın Hat-Trick Həmrəylik Proqramı çərçivəsində 2024/2025 və 2025/2026 mövsümləri üçün AFFA-ya ümumilikdə 6 milyon 435 min 438 manat ayrılıb.

Həmin vəsait aşağıdakı sahələrin inkişafına yönəldiləcək:

Müxtəlif yaş qrupları üzrə milli komandalar 

Yaş qrupları üzrə liqalar 

Grassroots proqramları 

Hakimlik və məşqçilik 

İnfrastruktur və digər sahələrin standartlarının yüksəldilməsi 

Bundan əlavə, FIFA-nın Forward Proqramı və digər inkişaf təşəbbüsləri çərçivəsində AFFA-ya 2 milyon 874 min 917 manat maliyyə dəstəyi ayrılıb.

Bu dəstək sayəsində gənc futbolçuların yetişdirilməsi, məşqçi potensialının artırılması, stadion və təlim-məşq bazalarının standartlarının yüksəldilməsi mümkün olacaq. Ayrılan vəsaitin strateji istifadəsi yerli futbolun davamlı inkişafını və beynəlxalq standartlara uyğun idarəetmə sistemlərinin tətbiqini təmin edəcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər