AFFA “Neftçi”ni cərimələdi

AFFA “Neftçi”ni cərimələdi
21.10.2025 14:45 İdman

AFFA İntizam Komitəsi “Neftçi” klubunu 9700 manat cərimələyib.

TodayPress TV xəbər verir ki, səbəb Premyer Liqanın VIII turunda “Araz-Naxçıvan”la (2:2) oyunda meydanda yaşananlar olub.

4 futbolçunun sarı vərəqə alması “ağ-qaralar”ı 700 manat ziyana salıb.

“Neftçi”nin azarkeşlərinin ikinci dəfə rəqib komandanın və hakimlərin ünvanına kütləvi təhqirlər səsləndirməsi kluba 6000 manat cəriməyə başa gəlib. Bundan əlavə, AFFA, fanatları rəqib futbolçuların ünvanına irqi ayrı-seçkilik ehtiva edən ifadələr səsləndirdiyinə görə “Neftçi”ni əlavə 3000 manat məbləğində cərimələyib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər