ABŞ dünya çempionu titulunu qazandı

ABŞ dünya çempionu titulunu qazandı
26.05.2025 09:47 İdman

Hokkey üzrə ABŞ yığma komandası tarixində üçüncü dəfə dünya çempionu titulunu qazanıb.   

TodayPress TV xəbər verir ki, amerikalı hokkeyçilər əsas vaxtı qolsuz bitən finalın əlavə vaxtında İsveçrə komandasına 1:0 hesabı ilə qalib gəliblər. 

İsveçin Stokholm şəhərindəki “Avici Arena”da baş tutan görüşdə qələbə qolunu ABŞ yığmasının hücumçusu Teyc Tompson vurub. 

3-cü yer uğrunda görüşdə İsveç Danimarka yığmasını 6:2 hesabı ilə məğlub edib.   

Xatırladaq ki, ABŞ millisi yarımfinalda dünya çempionatının ev sahibi İsveçi 6:2 hesabı ilə üstələmişdi. İsveçrə isə yarımfinalda Danimarka üzərində 7:0 hesablı qələbə qazanmışdı.   

Namiq HUN

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər