A Seriyasında mövsümün əsas favoriti açıqlandı
İtaliya A Seriyasının 2025/2026-cı illər mövsümünün əsas favoriti açıqlanıb.
TodayPress TV xəbər verir ki, “Opta Analyst”in superkompüteri yeni mövsümdə A Seriyasının çempionluq favoritlərini müəyyən edib.
Reytinqdə birinci yeri 35,9 faizlə “İnter” klubu tutur. İkinci pillədə 13,7 faizlik göstərici ilə “Napoli”, üçüncü sırada isə 12,8 faizlə “Atalanta” yer alıb.
İlk beşliyi 9,9 faiz şansla “Roma” və 8,2 faizlə “Yuventus” tamamlayır.
Namiq HUN