Yevlaxda həmkəndlisini qətlə yetirən şəxs tutuldu

Yevlaxda həmkəndlisini qətlə yetirən şəxs tutuldu
28.07.2025 14:32 Hadisə

Yevlax rayonunun Çənlibel qəsəbəsi ərazisində iyulun 27-də qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə TodayPress TV-yə Yevlax Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı 1962-ci il təvəllüdlü İlham Mirzəyevin rayonun Çənlibel qəsəbəsində bıçaqla həmkəndlisi, 1978-ci il təvəllüdlü Habil Kərimova xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İlham Mirzəyəv şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər