Yeniyetmə qız hündürlükdən yıxılaraq öldü

Yeniyetmə qız hündürlükdən yıxılaraq öldü
05.08.2025 23:25 Hadisə

Sumqayıtda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

TodayPress TV-nin məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayon ərazisində yerləşən çoxmərtəbəli binalardan birində qeydə alınıb.

Belə ki, 2011-ci il təvəllüdlü Nuri Gülbahar Nuhəli qızı binanın yüksək mərtəbələrindən birindən yıxılaraq həyatını itirib.

İlkin ehtimallara görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər