Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı yeddiyə çatdı
Yekaterinburqun Leninski Rayon məhkəməsi iyunun 27-də Rusiya hüquq-mühafizə orqanlarının xüsusi amansızlıqla keçirdiyi əməliyyat nəticəsində saxlanılan Kamal Səfərov barəsində qərar çıxarıb.
TodayPress TV xəbər verir ki, məhkəmə K.Səfərov barəsində ittiham tərəfinin şikayəti əsasında iyulun 19-dək həbs qətimkan tədbiri seçib.
Səfərova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Beləliklə, Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı yeddiyə çatıb.