Yanacaqdaşıyan maşınla minik avtomobili toqquşdu, xəsarət alanlar var

Yanacaqdaşıyan maşınla minik avtomobili toqquşdu, xəsarət alanlar var
25.07.2025 20:50 Hadisə

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV “Report”a istinadən xəbər verir ki, “VAZ 2101” markalı minik avtomobili yanacaqdaşıyan yük maşını ilə toqquşub.

Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya çatdırılıb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.

Qəzanın başvermə səbəbləri araşdırılır.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər