Xudatda telefon mağazasından oğurluq edən şəxs saxlanılıb

Xudatda telefon mağazasından oğurluq edən şəxs saxlanılıb
11.09.2025 09:03 Hadisə

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları daxil olan məlumat əsasında rayon sakini Elşən Əliyevi saxlayıblar.

Daxili İşlər Nazirliyindən TodayPress TV-yə bildirilib ki, onun Xudat şəhəri ərazisində tanışına məxsus mağazadan pul və ümumi dəyəri 6900 manat olan 18 ədəd mobil telefon oğurlaması müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Əliyevin barəsində həbs qətimkan tədbiri seçilib.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər