Ucarda pambıq daşıyan KamAZ aşdı

Ucarda pambıq daşıyan  KamAZ aşdı
11.11.2025 10:05 Hadisə

Ucar rayonunda yük maşını aşıb.

TodayPress TV xəbər verir ki, hadisə Bakı–Qazax magistralının Qarabörk kəndi ərazisində qeydə alınıb.

Yevlax sakini, 1961-ci il təvəllüdlü Şahin Hüseynovun idarə etdiyi pambıq yüklü KamAZ hərəkət zamanı idarəetməni itirərək yolun hərəkət hissəsinə aşıb.

Hadisə səbəbindən yolun bir hissəsində nəqliyyatın hərəkəti çətinləşib. Sürücü ilkin açıqlamasında qəzanın avtomobildəki texniki nasazlıqdan yarandığını deyib.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər