Üç rayonda elektrik enerjisinin verilişində fasilələr yarandı

Üç rayonda elektrik enerjisinin verilişində fasilələr yarandı
15.07.2025 21:40 Hadisə

Qazax, Ağstafa və Tovuzda küləkli hava şəraiti müşahidə olunur, elektrik enerjisinin verilişində fasilələr yaranıb.

TodayPress TV xəbər verir ki, güclü külək səbəbindən Qazax rayonunun mərkəzində və bir sıra kəndlərində elektrik enerjisinin verlişində fasilələr yaranıb.

Ağstafa və Tovuz rayonunda da küləkli hava şəraiti müşahidə olunub. Qeyri-sabit hava şəraiti nəticəsində Ağstafa rayonunda elektrik enerjisinin verilişində qısa fasilələr olub.

Qeyd edək ki, adı çəkilən rayonlarda küləkli hava şəraiti davam edir.

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər