Tovuzda su arxının kənarından meyit tapıldı
Tovuzda su arxının kənarından meyit tapıldı
TodayPress TV-nin məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndində qeydə alınıb.
Belə ki, kənd ərazisində olan su arxının kənarında kişi meyiti tapılıb.
Hazırda onun kimliyi dəqiqləşdirilir. Məlumata görə, meyiti tapılan şəxs yıxılaraq başından xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.