Sumqayıtda yaşayış evində yanğın oldu

Sumqayıtda yaşayış evində yanğın oldu
04.06.2025 21:45 Hadisə

Sumqayıt şəhər sakini, 1987-ci il təvəllüdlü Vəlizadə Tural Ziyafət oğluna məxsus fərdi yaşayış evində yanğın baş verib.

TodayPress TV  məlumat verir ki, hadisə Xəzər bağları yaşayış massivində qeydə alınıb.

Məlumata görə, yanğın nəticəsində evin bir hissəsi yanaraq yararsız hala düşüb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə qüvvələri cəlb olunub. Yanğın qısa zamanda söndürülüb və yaxınlıqdakı tikililər alovdan mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər