Sumqayıtda kişi ağacdan yıxıldı

Sumqayıtda  kişi ağacdan yıxıldı
19.06.2025 21:10 Hadisə

Sumqayıt şəhərinin Qurd dərəsi yaşayış massivində bədbəxt hadisə baş verib.

TodayPress TV-nın məlumatına görə, fərdi yaşayış evində tək yaşayan 1955-ci il təvəllüdlü İbad Barat oğlu Əliyev meyvə ağacına çıxarkən yıxılıb.

İlkin məlumata görə, 70 yaşlı kişi nəvələri üçün tut dərmək məqsədilə ağaca çıxıb. Lakin ehtiyatsızlıq nəticəsində hündürlükdən yıxılan İbad Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər