Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlandı
Bakının Sulutəpə qəsəbəsində iki evdən ümumilikdə 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) TodayPress TV-yə verilən məlumata görə, əməli törətməkdə şüphəli bilinən 48 yaşlı Ramil Əsgərov da saxlanılaraq istintaqa təqdim edilib.
Qeyd edilən faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.