"Şlyapa Zahid"in məhkəməsi davam edir

"Şlyapa Zahid"in məhkəməsi davam edir
19.06.2025 18:06 Hadisə

Müdafiə Nazirliyinin əməkdaşı olmuş Zahid Niftəliyevin (Şlyapa Zahid) 42 milyon manatlıq mənimsəmədə ittiham olunması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

TodayPress TV xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxsin vəkili Əli Adıgözəlov məhkəməyə vəsatətlər təqdim edib.

O, vəsatətlərinin birində müvvəkilinin mobil telefon məlumatlarının əldə olunmasını istəyib:

"Zahid Niftəliyev deyir ki, o, nə kredit üçün müraciət edib, nə də sözügedən bankda olub. Biz onun mobil telefonunun anten məlumatlarının, telefon danışıqlarının əldə olunmasını istəyirik ki, müəyyən edək, o, banka gedib ya yox".

Məhkəmə vəsatəti təmin etməyib.

Prosesdə vəkil Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun, ləğv edilmiş "AtaBank"ın idarə heyətinin keçmiş sədri Dəyanət Quliyevin və həmin bankın kassiri olmuş Barat Hüseynovun məhkəməyə çağırılması üçün vəsatət verib.

Məhkəmə bu vəsatəti də təmin etməyib.

Vəkil Əli Adıgözəlov deyib ki, Zahid Niftəliyev Birinci Qarabağ müharibəsində iştirak edib və ona 2-ci dərəcəli əlillik təyin edilib. Müdafiəçi məhkəmənin qərar qəbul etdiyi zaman sadalanan məsələlərin nəzərə alınmasını xahiş edib. Sözügedən vəsatət təmin edilib.

Prosesdə Zahid Niftəliyev "AtaBank"ın səhmdarlarından biri olmuş Mahir Rəfiyevin dindirilməsini xahiş edib.

Hakim əlavə edib ki, Mahir Rəfiyev Zahid Niftəliyevdən fərqli ifadə verməyib. Buna görə də sözügedən şəxsin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub.

Belə ki, Mahir Rəfiyev ibtidai istintaq zamanı deyib ki, o, "AtaBank"dan keçmiş vergilər naziri Fazil Məmmədovun göstərişi ilə Nəcməddin Sadıkovun göndərdiyi şəxsə kreditin təyin olunmasını təmin edib.

Zahid Niftəliyev isə prosesdə bildirib ki, o, iki dəfə şirkətin ləğv olunması ilə bağlı olduğu deyilən sənədləri imzalayıb:

"İndi mən başa düşdüm ki, onlar mənə oyun oynayıblar. Mən Fazil Məmmədov işdən çıxandan sonra bildim ki, adıma kredit var".

Hakim Mahir Rəfiyevin məhkəməyə çağırılmasına ehtiyac olmadığını bildirərək vəsatəti təmin etməyib.

Növbəti proses iyunun 25-ə təyin olunub.

Qeyd edək ki, Zahid Niftəliyev rüşvətalma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza verib.

Azadlığa buraxıldıqdan sonra o, DTX-nin İstintaq baş idarəsi tərəfindən həbs edilib.

İstintaq dövründə Gəncə Apelyasiya Məhkəməsi dövlət ittihamçısının Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən, Zahid Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq "AtaBank" ASC-dən götürülmüş 42 milyon manat krediti ödəməməkdə təqsirləndirilir.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə "AtaBank" ASC-yə müvafiq məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub.

O, götürülmüş kreditin ləğv prosesində olan "AtaBank" ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.

XƏBƏR LENTİ
01 IYUN 2026
Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistandan balıq idxalını qadağan edir 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Bütün Xəbərlər