Şirvanda kütləvi ZƏHƏRLƏNMƏ: Araşdırma başlanıldı - YENİLƏNDİ
Hadisə
08.04.2026 11:52
Aprelin 7-də Şirvan şəhərində fəaliyyət göstərən iaşə obyektlərindən birində qəbul etdikləri qidadan 6 nəfərin zəhərlənməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.
Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq, Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
"Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub", - məlumatda bildirilib.
***
09:43
Şirvanda kütləvi zəhərlənmə olub.
TodayPress TV xəbər verir ki, şəhər ərazisində yerləşən restonda qidalanan 6 nəfər zəhərlənmə diaqnozu ilə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
tag: Şirvan,Zəhərlənmə,Restoran,Qida,Todaypress.tv,
