Şəkidə avtomobil ağaca çırpıldı - Yaralanan var

Şəkidə avtomobil ağaca çırpıldı - Yaralanan var
30.10.2025 20:30 Hadisə

Şəki rayonunun Orta Zəyzid kəndi ərazisində 1 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV-nin məlumatına görə, rayon sakini 35 yaşlı Famil Məmmədovun idarə etdiyi "Mercedes" markalı sərnişin daşıyan mikroavtobus idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə sürücü avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücünü sükan arxasından çıxarmaq üçün Fövqəladə Hallar Nazirliyinin Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub. Sürücü xilas edilərək Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, mikroavtobusda sərnişin olmayıb.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər