Səfərbərlik Xidməti 34 əməkdaşı ilə bağlı Baş Prokurorluğa müraciət edib

Səfərbərlik Xidməti 34 əməkdaşı ilə bağlı Baş Prokurorluğa müraciət edib
03.04.2026 11:07 Hadisə

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti korrupsiya ilə mübarizəyə dair 2026-cı ilin I rübünü əks etdirən statistik məlumatları açıqlayıb.

Xidmətdən TodayPress TV-yə verilən xəbərə görə, 2026-cı ilin birinci rübü ərzində xidməti fəaliyyətdə şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində sistemli tədbirlər davam etdirilməkdədir.

Belə ki, əməkdaşların qeyri-qanuni hərəkətləri və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə 2026-cı ilin birinci rübü ərzində 27 əməkdaş (onlardan 17-si rəhbər heyət) barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb, o cümlədən 1 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb, 16 fakt üzrə 34 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Məlumata görə, Prezidentin 06.09.2023-cü il tarixli Fərmanının icrası çərçivəsində müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı 4 yararlılıq kateqoriyası üzrə yekun tibbi müayinəsi 01.07.2024-cü il tarixdən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir. Prosesdə iştirak edən aidiyyəti qurumlar arasında məlumat mübadiləsinin elektronlaşdırılması və bu sahədə aparılan optimallaşdırma tədbirləri korrupsiya risklərinin azaldılmasına, idarəetmədə operativliyin və obyektivliyin təmin olunmasına, ümumilikdə isə fəaliyyətin şəffaflığının artırılmasına müsbət təsir göstərməkdədir.

Mövcud qanunvericiliyə əsasən vətəndaşların hərbi vəzifələrinin icrası ilə bağlı özləri barədə məlumatlarla tanış olması, onları əldə etməsi və dəyişdirilməsi üçün müraciət etməsi, həmin məlumatlarda hər hansı dəyişikliklə bağlı məlumat alması, müraciətləri elektron formada göndərməsi, xidmətlərdən istifadə etməsi və ödənişləri həyata keçirməsi üçün Elektron Hökumət İnformasiya Sistemində xüsusi fərdi elektron səhifəsinin (elektron kabinet) yaradılması nəzərdə tutulmuşdur.

Vətəndaşlarla əyani təmasın minimuma endirilməsi, operativliyin və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə müasir texnologiyaların imkanlarından maksimum yararlanmaq və gələcəkdə göstərilən bütün xidmətlərin elektron qaydada həyata keçirilməsi planlaşdırılır. Hazırda “Müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət”, “Müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmə”, “Müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmamağa dair”, “Həqiqi hərbi xidmətkeçmə haqqında”, “Müddətli həqiqi hərbi xidmət barədə” və “Hərbi qeydiyyat” haqqında arayışlar “MyGov” mobil tətbiq üzərindən vətəndaşlara təqdim olunur.

15 yaşına çatmış kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınmasında yeni müddəaların tətbiq olunması, tələb olunan sənədlərin aidiyyəti dövlət orqanlarının elektron sistemlərindən inteqrasiya yolu ilə əldə olunması onlarla, eləcə də valideynləri və qanuni nümayəndələri ilə əyani təmasın minimuma endirilməsinə və bu sahədə şəffaflığın artırılmasına xidmət edir.

Bundan əlavə cari ildən etibarən ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin kağız daşıyıcısının ləğv olunmasını nəzərə alaraq ilkin hərbi qeydiyyata alma komissiyasının qərarının və digər məlumatların vətəndaşlara elektron formada göndərilməsi “MyGov” platforması üzərindən elektron kabinetlərin yaradılmasını zəruri edir.

Vətəndaşların korrupsiya və digər qanunsuz hallarla qarşılaşdığı təqdirdə “9100 Çağrı Mərkəzi”nə və ya [email protected] elektron poçt ünvanına müraciət etmələri, həmçinin elektron xidmətlərdən yararlanmaq və “MyGov” platformasına qoşulmaq üçün elektron kabinetlərin yaradılması tövsiyə olunur.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyətində şəffaflıq, obyektivlik və ictimai etimadın gücləndirilməsi prinsiplərinə əsaslanaraq korrupsiyaya qarşı mübarizəni bundan sonra da ardıcıl şəkildə davam etdirəcəkdir.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Süni intellekt şirkətlərinin rəhbərləri ilə görüşəcək 23:50 Azov dənizində gəmiyə hücum nəticəsində yaralanan Azərbaycan vətəndaşlarının sayı dördə çatıb. 01:52 Tramp saatların çəkilməsinin ləğv olunmasını təklif etdi 23:53 İraqın şimalında İran konsulluğu yaxınlığında partlayış oldu 01:13 Ermənistan Türkiyə sərhədinə dəmir yolu çəkir – Paşinyan tender elan etdi 00:53 Hindistan mediası Bakını hədəfə aldı: Konfrans ətrafında qalmaqal 00:01 Millimiz yoldaşlıq matçında Maltaya məğlub oldu 00:09 BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək 23:48 Bitkoinin qiyməti 2024-dən bəri ilk dəfə 60 min dollardan aşağı endi 23:40 Tramp Zelenski və Putinin özlərinin razılığa gəlməsini istəyir 23:24 Azərbaycanın basketbol yığması Dünya Kubokunda 1/4 finala yüksəldi 23:25 Aİ 2028-ci ildə bloka qoşula biləcək ölkənin adını açıqladı 22:36 Tarixi qərar: "Böyük Qafqaz" UNESCO-nun Dünya Biosfer Rezervləri Şəbəkəsinə daxil oldu 23:07 Beynəlxalq Voleybol Federasiyasının seminarı başa çatdı 22:59 İrəvanda seçki savaşı: Rusiyanın dəstəklədiyi yeni ssenari işə düşür? 22:46 Merts Trampla görüşə hazırlaşır: ABŞ ordusu Almaniyanı tərk edir? 21:59 Tramp İranla böyük uğurlar əldə etdiklərini bəyan etdi 22:04 Paşinyan seçki öncəsi güc nümayişi etdi: Respublika meydanında böyük mitinq - VİDEO 22:25 Qara dənizdə qanlı insident: Türk balıqçıları hədəf alındı 22:17 Afrikada Ebola epidemiyası: 63 ölü, 400-ə yaxın yoluxma 21:48 Qrossi: "İran və ABŞ nüvə sazişinə çox yaxındırlar" 21:46 Azov dənizindəki hücumun təfərrüatı: Yaralı azərbaycanlılar hadisə anından danışdılar 21:57 Sosial media platformaları üçün yeni dövr: Yaş təsdiqi və təhlükəsizlik rejimi məcburi olur 21:05 SON DƏQİQƏ: "Neftçi"nin sabiq prezidenti vəfat etdi - FOTO 21:45 Bakıda xanım sərnişin avtobusa hücum etdi - VİDEO 21:29 Bütün Xəbərlər