Səbail və Nərimanovda evlərdən pul oğurlayan 2 şəxs saxlanıldı

Səbail və Nərimanovda evlərdən pul oğurlayan 2 şəxs saxlanıldı
14.07.2025 14:20 Hadisə

Bakıda evlərdən 11 min manatlıq oğurluq olub.

Bu barədə TodayPress TV-yə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Səbail və Nərimanov rayonlarında evlərdən pul oğurlayan 2 şəxs saxlanılıb.

Zərərçəkənlər polisə müraciət edərək yaşadıqları evlərdən ümumilikdə 11 min manata yaxın pul vəsaitinin oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməlləri törətməkdə şübhəli bilinən 40 yaşlı S.Məmmədova və 68 yaşlı A.Qasımov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalar aparılır.

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər