Sabunçuda maşını qəsdən yandıran şəxslər saxlanıldı

Sabunçuda maşını qəsdən yandıran şəxslər saxlanıldı
01.08.2025 20:00 Hadisə

Sabunçu rayonunda nəqliyyat vasitəsini qəsdən yandıran şəxslər saxlanılıblar.

Bu barədə TodayPress TV-yə  Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, iyulun 27-də Sabunçu rayonu ərazisində paytaxt sakininə məxsus "VAZ-2109" markalı avtomobilin yanması barədə polisə məlumat daxil olub.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobilin qəsdən yandırılması müəyyən olunub. Həmin əməli törətməkdə şübhəli bilinən Məmməd Cabarov və əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş Ruslan Xəmmədov saxlanılıblar.

Onlar ifadələrində nəqliyyat vasitəsini qaçırmaq istədiklərini, lakin niyyətlərinin baş tutmadığını görüb, avtomobili qəsdən yandırdıqlarını bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər