Şabranda ƏMƏLİYYAT: Onlar saxlanıldılar - FOTOLAR

Hadisə

23.03.2026 14:52

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz daşınması və saxlanılması ilə məşğul olan şəxslər saxlanılıblar.

Bu barədə DİN-dən TodayPress TV-yə məlumat verilib.

Keçirilən tədbirlər zamanı Xaçmaz rayon sakinləri – 30 yaşlı Kənan Cəbrayılov və əvvəllər məhkum olunmuş 36 yaşlı Anar Məhərrəmov saxlanılıblar. Onlardan ümumilikdə 7 kiloqram 600 qram marixuana, heroin və həşiş qətranı aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxsin barəsində məhkəmənin qərarı həbs qətimkan tədbiri seçilib.

tag: Şabran,DİN,Narkotik,Əməliyyat,Həbs,Todaypress.tv,

photo
photo