Sabirabadda qəzaya düşənlərin son durumu AÇIQLANDI
12 avqust 2025-ci il saat 02:30 radələrində Sabirabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.
Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Belə ki, 1995-ci il təvəllüdlü şəxsə pnevmotoraks, 1999-cu il təvəllüdlü şəxsə bud sümüyünün sınığı, 2000-ci il təvəllüdlü şəxsə isə hidrotoraks diaqnozu qoyulub. Onlara zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri orta ağır qiymətləndirilən hər üç yaralı Cərrahiyyə şöbəsində müalicələrini davam etdirirlər.
Türkan İsgəndərli