Raqif Abbasovun məhkəməsində şahidlər ifadə verdi

Raqif Abbasovun məhkəməsində şahidlər ifadə verdi
09.07.2025 12:18 Hadisə

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri olmuş Eldəniz Qulamovun barəsində olan cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

TodayPress TV xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi keçirilən prosesdə şahidlərin ifadəsi dinlənilib.

Şahid Sirac Axundov bildirib ki, o, Gənclər və İdman Naziriyində əsasən, döyüş, güləş idman növləri üzrə tədbirlərin təşkil edilməsində məsul şəxs olub: “Mən sambo, güləş, karate idman növləri üzrə yarışların təşkil edilməsində kurator vəzifəsində çalışırdım. Bu yarışlar plan təqvimi üzrə təşkil olunurdu. Bunlar üçün də müəyyən vəsait ayrılırdı. Yarışlar bəzən saat 22-23-dək davam edirdi və əlbəttə, nəqliyyat xərcləri də ödəməli olurduq. Belə yarışlar üçün ayrılmış vəsait mənim şəxsi kart hesabıma köçürülürdü. Bankdan onu çıxarıb gətirib plan üzrə xərcləyirdim. Elə vaxt olurdu ki, həmin plandan əlavə yarışlar da keçirirdik və qalibləri mükafatlandırırdıq. Belə yarışlar üçün əlavə xərcləri Eldəniz Qulamovdan alırdım. Çünki ümumi vəsait onda olurdu. Eldəniz Qulamov həmişə bunun qeydiyyatını aparırdı və ayın axırı hesabatda göstərirdi”.

Hakim Eldəniz Qulamovdan pulun bu qaydada çıxarılmasının səbəbini soruşub. Eldəniz Qulamov bildirib ki, anidən yaranan əlavə xərclər üçün pulu kartdan çəkmək uzun və çətin prosedur olduğu üçün belə bir addıma əl atıblar: "Yarışlarda birdən hansısa xərc yaranırdı. Məsələn, idmançılara yol üçün 5-10 manat artıq pul lazım olurdu. Əlbəttə, bu xərcin bank kartından nağdlaşdırılması və bankla razılaşdırılması ilə getdiyi üçün həm prosesi ləngidirdi, həm də komissiya ödədiyimiz üçün əlavə xərc yaranırdı. Buna görə pulu nağd çıxarıb, özümüzdə saxlayıb, oradan lazımi məqsədlərə xərcləyib, qeydiyyat aparırdıq”.

Dövlət ittihamçısı belə əməliyyatın aparılmasının qanuni olmadığını qeyd edib. Onun suallarını cavablandıran şahid əlavə edib ki, o, 500 manat maaş almasına baxmayaraq, artıq yaranan xərcləri öz cibindən qarşılayıb. Ayın sonunda isə həmin ödənişləri Eldəniz Qulamovdan geri alıb.

Növbəti proses iyulun 23-nə təyin edilib.

Qeyd edək ki, adıçəkilən şəxslər 1 milyon manata yaxın dövlət vəsaitini mənimsəmədə ittiham olunurlar. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Onların barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. İş üzrə zərərçəkmiş qismində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tanınıb. İbtidai istintaqda dəymiş ziyandan 100 min manatının ödənilməsi təmin edilib.

XƏBƏR LENTİ
04 IYUN 2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş arvadı uşaqları ilə birgə SAXLANILDI 10:47 “Real”da məşqçi savaşı: Rikelme Mourinyoya qarşı çıxdı! 10:42 Qızılın qiyməti əl yandırır - Əlvan metallar bazarı artışa keçdi 10:38 Ermənistanın çörəyi yenə Azərbaycandan keçir 10:25 Doktorant olmaq istəyənlərin NƏZƏRİNƏ - Dil imtahanına yazılmaq üçün tarixlər bəlli oldu 10:15 Son addım qaldı: Azərbaycan bu gün qızıl medallar uğrunda oynayacaq! 10:09 "Dəb xətrinə zövqümdən imtina etmərəm" – Zaxarova geyim fəlsəfəsini belə izah etdi... 10:06 SON DƏQİQƏ! Qazın qiyməti qalxdı — İndi nə baş verəcək? 10:00 Ermənistanda itirdiyimiz şeyləri Azərbaycanla əvəz edəcəyik 09:56 “Real”ın gələcəyi bəlli oldu: Peres qərarını açıqladı! 09:54 “Real” formasındakı Mourinyo görüntüləri qalmaqal yaratdı 09:52 Kaliforniyada məktəb məzuniyyəti qana bulandı: Kimlikləri gizlədilir — DETALLAR 09:45 Atəşkəs masasında kritik razılıq - Hər şey onlardan aslıdır 09:39 Krıma kütləvi hücum: Qatar hərəkəti dayandırıldı, ölənlər var 09:31 “Liverpul”un yeni seçimi bəlli oldu - İraola! 10:17 Neftin qiyməti aşağı düşdü - Son rəqəmlər 09:46 Elmə məlum olmayan canlılar aşkarlandı 08:56 ABŞ konqresi Trampa qarşı çıxdı 08:42 İran Küveyt Hava Limanını belə vurdu - Anbaan görüntülər 08:16 Xəzərdə güclü ZƏLZƏLƏ 08:09 Arıqlamaq üçün diyet saxlayanlar arasında məşhur olan iki salatın gizli riskləri 23:30 Dondurmanın həm xeyri, həm ziyanı açıqlandı - Hansı maddələr təhlükə yaradır? 00:34 Arıqlamağın elmi sirri tapıldı: Bağırsaq bakteriyaları beyinə necə təsir edir? 00:31 Ayağı amputasiya olunmuş idmançı kosmosa uçmağa hazırlaşır 00:22 ABŞ-də 80 min nəfərlik "üzən şəhər" salınır 23:43 Bütün Xəbərlər