Qızılağac Milli Parkında brakonyerlik edən şəxslər saxlanıldı

Qızılağac Milli Parkında brakonyerlik edən şəxslər saxlanıldı
19.09.2025 11:18 Hadisə

Qızılağac Milli Parkının Kiçik Körfəz su hövzəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar.

Bu barədə TodayPress TV-yə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, DİN-in Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı qanunsuz balıq ovu ilə məşğul olan əvvəllər məhkum olunmuş V.İbadov və F.Qafarov saxlanılıblar.

Baxış zamanı həmin şəxslərdən 65 ədəd müxtəlif növ balıq, ov alətləri götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər