Qəzaya düşən Yardımlı sakini 9 ay sonra öldü

Hadisə

25.03.2026 00:05

Yardımlıda avtoqəza nəticəsində xəsarət alan şəxs ölüb.

TodayPress TV xəbər verir ki, ötən ilin iyul ayında Yardımlı rayon Telavar kənd sakini, Bəhlulov Əfsun Malik oğlu yolu keçən zaman onu avtomobil vurub. 

Uzun müddət aparılan müalicə tədbirlərinə baxmayaraq Ə. Bəhlulov dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

tag: Yardımlı, Qəza, Ölüm, todaypress.tv,