Qəbələdə yanğın törədən şəxslər müəyyən edildi

Qəbələdə yanğın törədən şəxslər müəyyən edildi
10.08.2025 02:46 Hadisə

Avqustun 9-da Qəbələ şəhəri ərazisində yanğın hadisəsi törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan TodayPress TV-yə bildirilib ki, araşdırmalarla yanğının 2 yeniyetmə tərəfindən ehtiyatsızlıqdan törədildiyi məlum olub.

Hadisə nəticəsində quru ot sahəsi və kol-kos yanıb.

Əməli törədən şəxslər valideynləri ilə birlikdə ərazi üzrə polis orqanına dəvət olunub və profilaktik söhbətlər aparılıb.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər