"Qarışıq meyvə qurusu" yükündə 113 kq-a yaxın narkotik vasitə aşkarlandı

"Qarışıq meyvə qurusu" yükündə 113 kq-a yaxın narkotik vasitə aşkarlandı
03.04.2026 10:38 Hadisə

Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

TodayPress TV bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, "qarışıq meyvə qurusu" yükü aparan nəqliyyat vasitəsinə "Astara" gömrük postunda stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsində üzəri quru meyvə ilə örtülərək gömrük nəzarətindən gizlədilən ümumi təmiz çəkisi 112 kiloqram 529 qram xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

FOTOLAR

"Qarışıq meyvə qurusu" yükündə 113 kq-a yaxın narkotik vasitə aşkarlandı — 1
"Qarışıq meyvə qurusu" yükündə 113 kq-a yaxın narkotik vasitə aşkarlandı — 2
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər