Qaraçuxur qəsəbəsində evdən oğurluq edən şəxs saxlanıldı

Qaraçuxur qəsəbəsində evdən oğurluq edən şəxs saxlanıldı
13.08.2025 12:03 Hadisə

Suraxanı rayonunda oğurluq hadisəsi qeydə alınıb. Qaraçuxur qəsəbə sakini polisə müraciət edərək evindən 2400 manat dəyərində qızıl-zinət əşyasının talandığını bildirib.

Bu barədə TodayPress TV-yə DİN-dən məlumat verilib.

Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 33 yaşlı Ş.Rüstəmov saxlanılıb.

Araşdırmalar davam etdirilir.

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər