Ötən il narkotik istifadəçisi kimi qeydiyyata alınanların sayı açıqlanıb

Ötən il narkotik istifadəçisi kimi qeydiyyata alınanların sayı açıqlanıb
14.08.2025 11:43 Hadisə

2024-cü ildə narkotik istifadəçisi kimi qeydiyyata alınanların sayı açıqlanıb.

TodayPress TV xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin nəşr etdirdiyi "Azərbaycanda hüquqpozmalar" məcmuəsində öz əksini tapıb.

Qeyd olunub ki, ötən il 4967 nəfər narkomaniyadan ilk dəfə xəstələnən şəxs kimi qeydiyyata alınıb.

Bu say 2023-cü ildə 3796, 2020-ci ildə 2723 nəfər təşkil edib.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər