Ordubadın bəzi kəndlərində qazın verilişi dayandırılacaq

Ordubadın bəzi kəndlərində qazın verilişi dayandırılacaq
20.08.2025 20:10 Hadisə

Ordubad rayonunun bəzi kəndlərində yeni qaz tənzimləyici quraşdırılması ilə bağlı qaz təchizatı dayandırılacaq.

TodayPress TV xəbər verir ki, Ordubad şəhərinin Üçtürləngə küçəsində, Ordubad rayonunun Anabat, Gənzə, Aşağı Əndəmic, Yuxarı Əndəmic və Nüs-Nüs kəndlərində( 917 abonent) 21.08.2025 tarixdə saat 11:00-dən saat 12:00-dək, Ordubad şəhərinin C.Hüseynov küçəsində (85 abonent) saat 11:00-dən saat 13:00-dək qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər