Naxçıvanda dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı

Naxçıvanda dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı
10.10.2025 12:32 Hadisə

Naxçıvanda xaricə qanunsuz miqrasiya vədi ilə dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

TodayPress TV xəbər verir ki, Sədərək Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 33 yaşlı Vüsal Quliyev məsuliyyətə cəlb edilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, həmin şəxs bir vətəndaşı xarici ölkə ərazisinə qanunsuz yolla keçirəcəyini vəd etməklə, ona qarşı dələduzluq törədib və 1 800 ABŞ dolları məbləğində pul vəsaitini ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər