Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxs saxlanıldı

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxs saxlanıldı
17.06.2025 09:33 Hadisə

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Rövşən Bağırov saxlanılıb.

Bu barədə TodayPress TV-yə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, ondan 1 kiloqram marixuana və 350 qram heroin aşkarlanıb.

R.Bağırov narkotikləri onlayn yolla satmaq niyyəti ilə əldə edib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

FOTOLAR

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxs saxlanıldı — 1
XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər