Müdafiə Nazirliyinin Mərkəzi Hərbi "İstirahət evi"nin rəisi rüşvət almaqda ittiham olunur

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi "İstirahət evi"nin rəisi rüşvət almaqda ittiham olunur
16.10.2025 22:50 Hadisə

Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Nazirliyin "İstirahət evi"nin rəisi mayor İlham Haqverdiyevin qanun pozuntusuna yol verdiyi müəyyən edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Bununla bağlı müvafiq istintaq hərəkətlərinin aparılması, hadisəyə hüquqi qiymət verilməsi və qanun çərçivəsində tədbirlərin görülməsi məqsədilə araşdırma materialları aidiyyəti üzrə Hərbi Prokurorluğa təqdim edilib.

İ.Haqverdiyevin barəsində Hərbi Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər