Mingəçevirdə qəza - Xəsarət alan var

Mingəçevirdə qəza -  Xəsarət alan var
21.08.2025 23:20 Hadisə

Mingəçevirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV-nin məlumatına görə, hadisə Naxçıvan küçəsində baş verib. "VAZ 2107" markalı avtomobil "Ford" markalı kiçiktutumlu yük maşını ilə toqquşub.

Qəza nəticəsində minik maşınının sürücüsü 1977-ci il təvəllüdlü Sadiq Mustafayev xəsarət alıb və o xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər