Mingəçevirdə maşın piyadanı vurdu
Mingəçevirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
TodayPress TV-nin məlumatına görə, hadisə Heydər Əliyev prospektində Sənaye Parkının önündə baş verib.
Belə ki, "Opel" markalı maşın yolu keçmək istəyən qadın piyadanı vurub və qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma başlanıb.